Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
"XOCALININ SƏSİ" QƏZETİ BİZƏ DOĞMA VƏ ƏZİZDİR.

0


  •              


                       


            Azərbaycan dilində vilayət qəzeti yox idi
                     Azərbaycan ərazisində
    süni surətdə yaradılmış Dağlıq Qarabağ Muxtar Vilayətində 70 illik Sovet dövrü ərzində
    Azərbaycan dilində yalnız bir qəzet - "Şuşa" rayon qəzeti nəşr
    edilirdi. Vilayətin mərkəzi və ən iri şəhəri olan Xankəndində (1923-1991-ci illərdə
    Stepanakert), eləcə də Hadrut, Əsgəran, Mardakert və Martuni kimi rayon mərkəzlərində
    o zamanların əsas kütləvi informasiya vasitəsi olan qəzetlər erməni  dilində nəşr olunurdu. Ancaq Xankəndində vilayət
    qəzetinin eyni zamanda "Sovetski Karabax" adlı rus dili versiyası da çap
    edilirdi. Ermənicə nəşr edilən mətbu orqanlann səhifələrində gedən
    materiallardan Azərbaycan dilli oxucuların xəbəri olmurdu. Həm rus, həm də ermənicə
    nəşr edilən "Sovetakan Qarabağ" ("Sovetski Karabax") da demək
    olar ki, eləcə...


                    Azərbaycanca nəşr olunan yeganə qəzetinin
     - "Şuşa"nın səhifələrində isə əsasən
    istehsal-təssərrüfat məsələlərindən bəhs edən materiallar üstünlük təşkil edirdi. Əmək qəhrəmanları həm də qəzet səhifələriııi bəzəyirdi. Tək-tük
    hallarda qəzetin əsasən sonuncu səhifəsində yer ala bilən  ədəbi-bədii materiallar fərqlənirdi. Bu isə,
    şair Əli Mahmudun redaktor müavini təyin edilməsindən sonra mümkün olmuşdu. Lakin, oraya düşmək də hər oğulun işi deyildi...Qarabağda erməni təcavüzü
    baş qaldıranda Azərbaycan hökumətinin yadına düşdü ki, sən demə burada Azərbaycan
    dilində də qəzetə ehtiyac varmış. İlk dəfə - 1990-cı il iyul aymm 1-də Azərbaycan
    dilində "Qarabağ" qəzetinin ilk sayı işıq üzü gördü. Azərbaycan KP
    MK Bürosunun qərarı ilə Dağlıq Qarabağ üzrə Respublika Təşkilat Komitəsinin həftəlik
    orqanı kimi fəaliyyətə başlayan qəzet, 1991-ci ilin 20 noyabrında baş verən
    vertolyot terorundan sonra kollektivin təşəbbüsü ilə müstəqil nəşr olunmağa
    başladı.


                                  “Xocalının səsi” də gec gəldi...





              Bunun ardınca isə "Xocalının səsi"
    gəldi. Düz bir il sonra, 1991-ci il iyul ayııım 9-da qəzet ilk nömrəsini
    oxuculara təqdim etdi. Artıq həmin vaxt Xocalıya rayon statusu verilmişdi. Rayon
    ərazisiııdə geniş tikinti işləri aparılır, yeni müəssisələr yaradılırdı. Təəssüf
    ki, rayonun üzərini işğal təhlükəsi də almışdı və getdikcə də vəziyyət gərginləşirdi.
    "Xocalınm səsi" bütün bunlardan yazırdı. Real vəziyyəti oxucularına
    çatdırmağa çalışırdı.

                Qəzetin ilk redaktoru təcrübəli
    jurnalist, əvvəllər uzun müddət Ağcabədi rayonuııda nəşr oluııan "Sürət"
    qəzetinin redaktoru işləmiş, rəhmətlik Sərdar Mehdiyev oldu. "Xocalının səsi"
    gec gəlsə də Xocalı sakinlərinin, Dağlıq Qarabağda çətinliklərə sinə gərərək
    yaşayan fədakar  insanların arzularını
    ifadə etməyə çalışırdı.
                
                                "Xocalının səsi" rayonun asas informasiya
    vasitəsidir

                                                                                                                                               

                   Sərdar müəllimin
    vəfatından sonra bütün həyat və fəaliyyəti Qarabağm dağlıq hissəsində azərbaycanlıların
    lıüquqlarını müdafiəsiııə lıəsr olunmuş şair Qasım Qırxqızlı qəzetin redaktoru
    oldu. Qasım müəllim uzun müddət qəzeti öz şəxsi fədakarkğı və müxtəlif təşəbbüsləri
    sayəsində qoruyub saxlaya bildi. Çünki, Xocalının işğalından, Xocalı soyqırımı
    törədildikdən sonra hamının  dərdi başmdan
    aşırdı. Tarixdə misli-bərabəri olmayan bir vəhşiliyə düçar olmuş, sinəsiııə
    çalın-çarpaz dağ çəkilmiş xocalılar bu dərdin önündə dağ kimi dayanıb, hər cür
    çətinliyə sinə gərib, mətanətlə öz hüquqlaıı barədə hayqırsalar da, o zamanlar adi
    bir rayon qəzetini yaşatmaq, onun fəahyyətini davam etdirməyə yardımçı olmaq
    belə çox böyük çətinliklər hesabına başa gəlirdi. Məhz belə çətin anlarda şair
    Qasım Qırxqızlı bütün mümkün olanları  etdi ki, "Xocahmn səsi" yaşasın, batmasın...                                                                                            


                   "2012-ci ihn sosial-iqtisadi iıınişafınm
    yekunları  və 2013- cü ildə qarşıda duran vəzifələr haqqında
    Xocalı rayon İcra Hakimiyyətinin başçısı Ş.Ş.Usubovuın hesabatında "Xocalının
    səsi"nin fəaliyyəti haqqmda deyilir: "...Rayonun əsas informasiya
    vasitəsi "Xocalmın səsi" qəzetidir. Qəzet əvvəlcə çox zəif işıq üzü
    görürdü. Artıq bir neçə illərdi ki, qəzet ayda bir dəfə çıxarılır. Rayonuıı
    bütün təşkilatları, ümumtəhsil məktəbləri qəzetə abunə yazılır. Qəzetin  hər nömrəsi son illərdə 400 - 500 nüsxədə çap olunur və abunəçilərə çatdırılır. Qəzetdə əsasən Azərbaycan Respublikasının Prezidenti İ. Əliyev cənablarından ölkənin ictimai - siyasi həyatında gördüyü işlər, aparılan quruculuq - abadlıq işləri, rayon İcra Hakimiyyətinin rayonda həyata keçirdiyi işlər, vətənpərvərlik, narkomaniya əleyhinə mübarizə, həkim məsləhəti, keçirilən yarışlar, mədəniyyət tədbirləri, gənc yazarlar və sair mövzularda məqalələr. yazılar dərc olunur.

              ...Qəzetin təkmilləşməsi rayon İcra Hakimiyyətinin daim diqqət mərkəzində olur.

              ...Beləliklə, məlum olur ki, "Xocalının səsi" Xocalı raron camaatının diqqətlə izlədiyi bir mətbu orqandır və əhalinin həyatında, problemlərinin həllində yaxından iştirak edir.

                 Qəzet Qasım Qırxqızlının rəhbərliyi ilə müstəqil Azərbaycan Respublikasının ilk paytaxtı Gəncədə nəşr olunur.

           QƏZƏTİN SƏHİFƏLƏRİNİ HƏYACANSIZ OXUMAQ MÜMKÜN DEYİL. 
            
               Qarşımda "Xocalının səsi" qəzetinin son illəri əhatə edən 15 - 20 sayı var. Açığı, Gəncədə nəşr olunan qəzet əsasən abunə yolu ilə yayıldığma görə müntəzəm oxumaq mümkün olmur. Ancaq, mən bəzi dostlarıma təşəkkür edirəm ki, "Xocalının səsi"ni əsasən mənə çatdırırlar. Bu nüsxələri, inanın ki, təkrar - təkrar oxumuşam. Bəzi rəsmi, quru xəbərləri təkrar oxumağa, əlbəttə, ehtiyac yoxdur. Amma, elə yazılar var ki, oxuyub az qala huşunu itirirsən, özünə gələndə əlin yenə də qəzetə tərəf uzanır. Bəzən özünü saxlamaq, göz yaşlarmm qarşısım almaq üçün özündən xəbərsiz dodaqlarmı dişlədiyindən onda xəbər tutursan ki, qırmızı damcılar qarşına düşür...



                  Qəzet ayda bir dəfə də olsa, Xocalı dərdimizin yeni - yeni təfərrüatlarım açıqlayır, yeni - yeni faktlar üzə çıxarır, yeni xatirələr toplayıb dərc edir. Bütün bunları isə, yuxarıda qeyd etdiyim kimi, həyəcansız oxumaq mümkün deyil.

    Inamram ki, Qasım müəllim bu çətin, ağır işini davam etdirəcək, kollektivi ilə birlikdə "Xocalı ocağı" nı sönməyə qoymayacaq.

                       Qəzetin gələcəyi barədə bəzi təkliflərim


                   "İndi internet zamamdır, artıq qəzetə ehtiyac yoxdur" deyənlərlə mən 50 faiz razıyam. Yəni indinin internet zamam olduğu ilə razıyam, ancaq qəzetlərə daha ehtiyac olmadığı qənaətini bölüşmürəm.

                    Onu da bilirəm ki, heç də hamı həmişə yerli - yersiz məsləhətdən xoşlanmır. Ancaq ürəyində sözü olan adam onu deməlidir, məncə. O sözü qəbul edib - etməmək də artıq həmin ünvanın işidir.

                    Düzünü desəm, redaktordan başqa qəzetin kollektivindən indi heç kimi tammıram. Ancaq, ümid edirəm ki, dostum Qasım Qırxqızlı da, kollektivin digər üzvləri də qəzet haqqmda bölüşdüyüm, məni riqqətə gətirən məsələlərlə yanaşı, qeyd edəcəyim tənqidi fikirlərimdən də inciməyəcəklər.

                    Birinci təklifim odur ki, "Xocalının səsi"nin kağızını təcili dəyişmək və adi qəzet kağızma keçmək lazımdır.

                    İkinci təklifim odur ki, qəzetin səhifələrinin sayını heç olmasa 8-ə çatdırmaq lazımdır.

                   Üçüncü, qəzetin tirajını hələlik 1000 nüsxəyədək artırmaq və abunədən başqa yayımını, satışmı da təşkil etmək vacibdir. Bunu əvvəlcə qəzetin çap edildiyi Gəncə şəhəri və Gəncəətrafı bölgədə etmək olar. Sonra isə bütün respublika ərazisində...



                   Dördüncü, təklif edirəm ki, "Xocalının səsi" səsini bir az da qaldıraraq, mövzu dairəsini genişləndirsin. Hazırda Xocalı məsələsi Azərbaycanın bütün dünyada geniş miqyasda apardığı əhəmiyyətli işlərdən biri olduğu halda qəzet yalmz dar bir çərçivədə qalmamalıdır. Qəzeti ən azı ümumrespublika qəzetinə çevirmək lazımdır.   
                  Beşinci və ən vaciblərindən biri. Tezliklə qəzetin internet versiyasım yaratmaq və bütün dünyaya açmaq və açılmaq gərəkdir. "Xocalının səsi" dünyaya daha gur yayılmalıdır. Bunu internetdən yaxşı indi hansı vasitə edə bilər ki...

                  Bir neçə başqa təklifim də var. Eyni zamanda bu təklifləri əsaslandırmağa müəyyən arqumentlərim də var. Ancaq, indi buna vaxt və imkan yoxdur. Çünki onsuz da yazım normadan artıq həcmdə alınır.



                             Həmkarlarıma uğurlar diləyirəm



                  Mən bir qəzetçi, jurnalist kimi Qasım müəllimin və onun komandasmm hansı ağır zəhmətlərdən keçərək "Xocalının səsi" ilə aləmə car çəkdiklərini nəinki təsəvvür edirəm, hətta bunu dəqiq bilirəm. Çətindir, amma gərəklidir. Ağırdır, amma şərəflidir.

                 Bu işləri görmək lazımdır, əziz dostlar və həmkarlar. Bunu, elə bilirəm, siz də qəbul edirsiniz ki, çox şərəfli, əhəmiyyətli bir vəzifədir və çox sevinirsiniz ki, bu vəzifə məhz sizin boynunuza qoyulub, sizin üzərinizdədir.

                 Sizə bu gözəl işinizdə uğurlar arzulayıram və inamla deyirəm ki, istənilən zaman bir həmkar kimi (əlbəttə, bacardığım) köməyi göstərməyə də hazıram.

                Təəssüf edirəm ki, qəzetin səhifələri azdır və mən dostum, şair Qasım Qırqızlı haqqmda ürək sözlərimi daha ətraflı yaza bilmədim. Ümid edirəm ki, "Xocalının səsi"nin "böyüməsi" haqda arzularımız çin olacaq və mən yaxm gələcəkdə Qarabağm el ağsaqqallarından biri, yorulmaz müəllim, istedadlı şair, fədakar insan və Azərbaycanm müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizələrdə fədakarlıq nümunələri göstərmiş Qasım müəllim haqqında ayrıca bir yazı ilə çıxış edə biləcəyəm.
                               

                                                                                   Kərim KƏRİMLİ  
                                                                                                Kərim Kərimli, şair, yazıçı, publisist.


                                                                                   
      
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    Kateqoriyaİqtisadiyyat
    Yerləşdirdi
    Yerləşdirildi10 il öncə
    İzlənib9 dəfə
    "XOCALININ SƏSİ" QƏZETİ BİZƏ DOĞMA ƏZİZDİR.

    Maraqlı gələ bilər
    81
    36